• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Siqaret çəkmək yaşı hər il artacaq

CƏMİYYƏT

05 Oktyabr 2023 | 13:03

Siqaret çəkmək yaşı hər il artacaq

Böyük Britaniyanın baş naziri Rişi Sunak siqaret çəkmə yaşını hər il artırmaq planını açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, plana görə, bu gün 14 yaşı tamam olan uşaq hər il yaş məhdudiyyəti artacağı üçün ömrü boyu siqaret ala bilməyəcək.

Baş nazir siqaret çəkmək yaşını hər il artırmaqla gələcək nəsillərin sağlamlığını qoruyacağını və erkən ölüm riskini azaldacığını düşünür.

Rişi konfransda bildirib ki, siqaretin təhlükəsiz bir tərəfi yoxdur: "Uşaqlarımız üçün doğru olanı etmək istəyiriksə, ilk növbədə, gənclərin siqaretə başlamasının qarşısını almağa çalışmalıyıq. Çünki ciddi dəyişiklik olmasa, yaxın illərdə minlərlə uşaq siqaret çəkməyə başlayacaq, erkən ölümlər artacaq".

Xatırladaq ki, Britaniya ictimai yerlərdə siqaret çəkməyi qadağan edib və siqaret çəkmə yaşını 18-ə qaldırıb.

Ölkənin Milli Statistika İdarəsinin məlumatına görə, İngiltərədə 5 milyondan çox, Böyük Britaniyada isə 6 milyondan çox siqaret çəkən var.

Baş nazirin sözlərinə görə, siqaret çəkmə yaşını 18 yaşa qaldıranda bu yaş qrupu arasında siqaret çəkilməsi 30% azalıb: “ABŞ yaşı 21-ə qaldıranda bu yaş qrupunda siqaret çəkmə nisbəti 39% azalıb”.

Qeyd edək ki, 1970-ci illərdən etibarən siqaret çəkmə nisbətləri azalıb, ancaq elektron siqaretdən istifadə artıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026