Bizim Qurultay bu ay - noyabrda olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu açıqlamasında Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olduğu barədə xəbərlərə aydınlıq gətirərkən bildirib.
"Mənim indi sədri olduğum İttifaq birləşmiş kino ittifaqlarına sədrliyimi namizəd kimi irəli sürüblər. İndi İttifaq üzvləri bu gün toplaşmalıdır. Sonra namizədliyim ümumi iclasda səsə qoyulacaq. Hələ kino ittifaqlarının sədri seçiləcəyimi indidən dəqiq demək olmaz. Bu hələ namizədlikdir", - deyə o bildirib.
Qeyd edək ki, bu ilin 26 iyulunda AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir. /Trend
***
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, İttifaqa yeni üzvlər qəbul olunub.
Bundan əlavə, AKİ və ARKİ-nin birləşməsinə dair qurultay məsələləri müzakirə olunub.
Birləşmiş ittifaqın sədrliyinə namizəd yekdilliklə Xalq artisti Rasim Balayev göstərilib.
















