• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Vəzifəli şəxslər mərkəzin həyətində əlbəyaxa oldular

CƏMİYYƏT

05 Oktyabr 2023 | 13:13

Vəzifəli şəxslər mərkəzin həyətində əlbəyaxa oldular

Göygöl rayonunda vəzifəli şəxslər arasında münaqişə olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində baş verib.

Mərkəzin direktoru, 41 yaşlı Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, 62 yaşlı Oqtay Həmidov arasında mübahisə daha sonra fiziki münaqişəyə keçib.

E.Əhmədov O.Həmidovun onun əl nahiyəsinə xəsarət yetirdiyini bildirərək Göygöl Rayon Polis Şöbəsinə şikayət edib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumatı  təsdiq edib. O bildirib ki, hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsinə hər iki şəxsin müraciəti daxil olub: “İlkin araşdırmalar zamanı hər iki şəxsin mübahisə etməsi məlum olub. Şəxslər üzərində hər hansı bir bədən xəsarətləri müəyyən edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026