• Bakı 24° C

    6.99 m/s

“Bakıvaxtı.az” yazdı, yollar düzəldi

CƏMİYYƏT

04 Noyabr 2023 | 13:05

“Bakıvaxtı.az” yazdı, yollar düzəldi

2023-cü il 7 avqust tarixində Bakıvaxtı.az-a Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsində yol infrastrukturunun bərbad vəziyyətdə olması ilə bağlı şikayət daxil olmuşdu.

Xatırladaq ki, Sumqayıt sakini İmran Qurbanov şikayətində yollar asfaltlanmadığı üçün hərəkətin çətinləşdiyini qeyd etmişdi: “Yol elə bərbad vəziyyətdədir ki, nə maşınla hərəkət etmək olur, nə də piyada. Dəfələrlə şikayət etmişik, ammə nə fayda?! Baxan yoxdur ki yoxdur. Özü də bu yol Sumqayıtda böyük iş yerlərinə yaxındır. Hər gün nə qədər adam burdan işə, məktəbə gedib-gəlir. İndi yaydır deyə bu yol qurudur. Bir azdan yağış yağanda, qar tökəndə bu yollar keçilməz hala düşəcək. Kanalizasiya daşır, palçıq dizdən olur, iydən dayanmaq olmur. Şəhərin çölünü bəzəməklə deyil, arada bir içərilərə də, ən azından, göz gəzdirmək lazımdır. Biz əziyyət çəkirik, qışa qədər bu yolun düzəldilməsini xahiş və tələb edirik”.

Bakıvaxtı.az məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyirinə sorğu göndərmişdi.

Sorğumuza cavab olaraq Sumqayıt ŞİH-in mətbuat Katibi Eyvaz Qocayev bildirmişdi ki, Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı davamlı olaraq tədbirlər həyata keçirilir: "Şəhərdaxili və ətraf yaşayış massivlərində yollar mərhələli şəkildə asfaltlanır. Sizin qeyd etdiyiniz ərazilərdə də gələcəkdə asfaltlanma işlərinin həyata keçirilməsi nəzərdə tutulub".

Bu gün şikayətçi İ.Qurbanov redaksiyaya zəng edərək artıq yolların asfaltlandığını bildirib: "Sizə sakinlər adından dərin təşəkkürümü bildirirəm. Axır ki, yollarımız düzəldi, artıq hərəkət daha rahatdır".

“Dəfələrlə müxtəlif qurumlara şikayət etsək də, çarəmiz Bakıvaxtı.az oldu", - deyə İmran Qurbanov qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026