• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Tarixi abidələrin mühafizəsi gücləndiriləcək

CƏMİYYƏT

06 Avqust 2023 | 11:14 | Müəllif: Subhan Mahmudov

Tarixi abidələrin mühafizəsi gücləndiriləcək

İstifadə olunmayan bəzi tarixi abidələrə kənar şəxslərin daxil olması ilə bağlı faktlar qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən xəbər verilib.

Dövlət Xidməti bununla bağlı bildirir ki, tarixi abidələrin mühafizə tədbirlərinin gücləndirilməsi istiqamətində müvafiq addımlar atılacaq: “Tarixi abidələrin mühafizə tədbirlərinin artırılması üçün aidiyyəti dövlət orqanları ilə, xüsusi mülkiyyətdə olan abidələrin isə həm də mülkiyyətçiləri ilə birgə tədbirlər görülməsi nəzərdə tutulur. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Bir daha vətəndaşlarımızı tarixi abidələrimizin qorunmasına həssas yanaşmağa çağırır, bu sahədə qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026