• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda qəzalı bina söküləcək - 115 min vəsait ayrıldı

CƏMİYYƏT

05 Sentyabr 2023 | 11:00

Bakıda qəzalı bina söküləcək - 115 min vəsait ayrıldı

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti 8 noyabr prospekti 80 ünvanında yerləşən qəzalı vəziyyətə olan yaşayış binasının sökülməsi və ərazisində abadlıq işlərinin görülməsi üzrə satınalması ilə bağlı tenderin nəticəsini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi "Şəhərgah" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Qalib şirkətlə 115.945,86 manat məbləğində müqavilə imzalanacaq.

Müqavilənin şərtlərinə görə, 8 noyabr prospekti 80 ünvanında yerləşən 17 mənzilli 3 mərtəbəli binanın sökülməsi ərazisinin təmizlənməsi, abadlıq işlərinin görülməsi nəzərdə tutulub.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026