Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.
Layihəyə əsasən, vəzifələri dəyişdirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarov və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin edilib.
Mina Mikayılova