• Bakı 20° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

"Sumqayıt" Premyer Liqada rekordunu təkrarlayıb

İDMAN

06 May 2024 | 11:37

"Sumqayıt" Premyer Liqada rekordunu təkrarlayıb

“Sumqayıt” Azərbaycan Premyer Liqasında öz rekordunu təkrarlayıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi 2023/2024 mövsümündə 12 heç-heçə etməklə buna nail olub.

2015/2016 mövsümündə də sumqayıtlılar 12 "sülh"ə imza atıb.

Ölkə çempionatları tarixinin rekordu isə 14-ə bərabərdir. Buna üç dəfə təsadüf olunub. “Neftçi” 2009/2010, “Bakı” 2012/2013, “Zirə” 2020/2021 mövsümündə 14 dəfə bir xal qazanıb.

Qeyd edək ki, “Sumqayıt” XXXIII turun “Kəpəz”lə səfər görüşündə bərabərliklə kifayətlənib – 1:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR