Sumqayıt şəhərində 17 yaşlı yeniyetmənin öldürülməsi ilə nəticələnən insidentin bəzi təfərrüatları müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, Emil Qələndərovun söyüş üstündə qətlə yetirildiyi məlum olub.
Məlumata görə, E.Qələndərov evin tək övladı olub, ata-anası yoxdur, Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi idi.
Polis əməkdaşlarının hadisədən sonra keçirdikləri tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.
***
16:08
Sumqayıt şəhərində 16 yaşlı yeniyetmə qətlə yetirilib.
Bakıvaxtı.az xəbər verir ki,hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.
2008-ci iı təvəllüdlü Emil Qələndərov tanımadığı şəxs tərəfindən qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.