• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağdamda yük maşını MİNAYA DÜŞDÜ - YENİLƏNİB

HADİSƏ

14 Fevral 2025 | 12:05

Ağdamda yük maşını MİNAYA DÜŞDÜ - YENİLƏNİB

Ağdam rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində 2025-ci il 14 fevral tarixində mina hadisəsi baş verib.

    Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşmüş, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnmiş, hadisə nəticəsində xəsarət alan olmamışdır.

    Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

    ***

    11:29

    Ağdamda yük maşını minaya düşüb.

    Bakıvaxtı.az apa-ya istinadənxəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.

    Mina partlaması nəticəsində ərazidə işləyən "HOVA" markalı yük maşınına ciddi ziyan dəyib. Xəsarət alan olmadığı deyilir.


    Ağdamda yük maşını MİNAYA DÜŞDÜ - YENİLƏNİBAğdamda yük maşını MİNAYA DÜŞDÜ - YENİLƏNİBAğdamda yük maşını MİNAYA DÜŞDÜ - YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026