• Bakı 14° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Bakıda sexdə yanğın olub - VİDEO

HADİSƏ

16 Mart 2025 | 10:15

Bakıda sexdə yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tamet sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 150kv.m olan sexin dam örtüyünün taxta atmaları və içərisinə yığılmış rezin qəliblər 65kv.m sahədə yanıb.

Obyektin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

 

 

 


SON XƏBƏRLƏR

15 Mart 2025