• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Sumqayıtda uşaq xəstəxanasının həyətindən körpə meyiti tapılıb - YENİLƏNİB

HADİSƏ

27 Mart 2024 | 19:19

Sumqayıtda uşaq xəstəxanasının həyətindən körpə meyiti tapılıb - YENİLƏNİB

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.

Bu barədə Bakıaxtı.az-a Sumqayıt Tibb mərkəzinin ictimaiyyətlə əlqaqələr şöbəsindən bildirilib.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib, hadisəyə müvafiq hüquqi qiymət veriləcək.

Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

 

18:26

Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

 

17:28

Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.

    Körpənin 6-7 həftəlik olduğu təxmin olunur.

    Meyit ərazidən götürülərək təhvil verilib.


    SON XƏBƏRLƏR

    26 Aprel 2024