• Bakı 12° C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Bərdədə canavarlar fərdi təsərrüfata hücum etdi - 10 heyvan tələf oldu

HADİSƏ

26 Aprel 2024 | 12:06

Bərdədə canavarlar fərdi təsərrüfata hücum etdi - 10 heyvan tələf oldu

Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Böyük Göyüşlü kəndində məskunlaşan məcburi köçkün Atəş Quliyevin fərdi təsərrüfatında bu gecə qeydə alınıb.

Təsərrüfatda 30 baş xırdabuynuzlu heyvan olub. Yırtıcılar onlardan 10-nu parçalayıb.

Qeyd edək ki, hadisə ilə bağlı əraziyə rayon baytarlıq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb edilib. Parçalanan heyvanlardan quduzluq əleyhinə nümunələr götürülüb. Tələf olan heyvanlar təsərrüfatdan kənarlaşdırılaraq basdırılıb.


SON XƏBƏRLƏR