• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Göyçayda yol qəzası: Xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

HADİSƏ

26 May 2024 | 00:50

Göyçayda yol qəzası: Xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

Göyçayda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bunlar “Volkswagen” markalı minik avtomobilinin sərnişini Soltanov Ramin Maarif oğlu və “Lada Priora” markalı minik avtomobilinin sürücüsü Rəhimov Ramin Müslüm oğludur.

Qeyd edək ki, hadisə Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Volkswagen” və “Lada Priora” markalı minik avtomobilləri toqquşub.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

***25.05.2924.22:28

Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Volkswagen” və “Lada Priora” markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

16 Iyun 2024