• Bakı 31° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Lənkəranda yük maşını sürücünün üstünə aşdı

HADİSƏ

25 May 2024 | 19:19

Lənkəranda yük maşını sürücünün üstünə aşdı

Lənkəranda yük maşını sürücünün üstünə aşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qurumba kəndində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov "KamAZ" markalı avtomobilin altında qalıb. Hadisəyə səbəb təkərin dəyişilməsi zamanı qaldırıcının boşalması olub.

S.Həsənov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyulub, yaralı reanimasiya şöbəsinə yerləşdirilib./report


SON XƏBƏRLƏR

16 Iyun 2024