• Bakı 17° C

    7.16 m/s

Sumqayıtdakı turniketlərin işində fasilə yarandı

CƏMİYYƏT

07 Avqust 2023 | 11:06

Sumqayıtdakı turniketlərin işində fasilə yarandı

Bu gün səhər saat 07.20- 07.40 arası Sumqayıt sərnişin stansiyasına şəhər enerji şəbəkəsindən daxil olan elektrik enerjisinin verilməsində qısa kəsintilər yaranıb. 

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəblə stansiyada istismar olunan turniketlərin işində fasilələr yaranıb və sərnişinlərin mənzilbaşına vaxtında çatmaları üçün onların qatarlara buraxılması qeydiyyatdankənar təmin edilib.

Qeyd olunub ki, hazırda Sumqayıt sərnişin stansiyası fəaliyyətinin gündəlik qrafik üzrə davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026