• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu fənlər Azərbaycan dilində keçiriləcək 

CƏMİYYƏT

06 Sentyabr 2023 | 10:05

Bu fənlər Azərbaycan dilində keçiriləcək

Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan tarixinin sırf Azərbaycan dilində aparılması bu ildən bütün məktəblərə tətbiq olunacağını qeyd edib.

Bəs bu yenilik neçənci siniflərdə və hansı məktəblərdə tətbiq olunacaq?

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən qeyd edilib ki, cari tədris ilində Azərbaycan tarixi fənni tədris digər dillərdə aparılan bölmələri olan 100 ümumi təhsil müəssisəsinin 5-ci siniflərində Azərbaycan dilində sınaqdan keçiriləcəkdir.

"Hazırda çağırışaqədərki hazırlıq fənni və “Zəfər tarixi” kursu bütün bölmələrdə Azərbaycan dilində tədris edilir. Eyni zamanda “Ortaq türk tarixi” kursu tədris edilən pilot ümumi təhsil müəssisələrində də sözügedən kurs bütün bölmələrdə Azərbaycan dilində aparılır.

Nəticələr qənaətbəxş olduğu təqdirdə növbəti tədris ilindən tədris digər dillərdə aparılan bölmələri olan bütün ümumi təhsil müəssisələrinin 5-ci sinfindən başlayaraq fənnin tədrisi Azərbaycan dilində aparılacaq", - deyə əlavə edilib. /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026