• Bakı C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Süni intellekt: İqtisadiyyatda kiçilmə baş verə bilərmi? - Kim qabağa düşərsə, o da...

İQTİSADİYYAT

28 Yanvar 2025 | 12:04

Süni intellekt: İqtisadiyyatda kiçilmə baş verə bilərmi? - Kim qabağa düşərsə, o da...

Süni zəkanın tətbiqi məhsuldarlğın və istehsalın genişlənməsinə mühüm töhfə ola bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu BVF rəhbəri Kristalina Georgiyeva Davos Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, lakin narahatedici məqam odur ki, süni intellektə əsaslanan texnologiyaların tətbiqi miqyası inkişaf etmiş ölkələrdə yoxsul və inkişafdan qalan ölkələrdən 3 dəfə yüksəkdir. Həmçinin yüksək inkişaf etmiş ölkələr bu texnologiyaları keyfiyyətli bir şəkildə tətbiq edə bildiyi halda, süni intellekt mövzusu 3-cü dünya ölkələrində əhəmiyyətli dərəcədə nəzəriyyələr şəklində kağız üzərində qala bilər.

Süni intellektin sürətli inkişafı fonunda inkişaf etməkdə olan ölkələrin gələcəkdə iqtisadiyyatında kiçilmə baş verə bilərmi?

İqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, süni intellektin sürətli inkişafının gələcəkdə heç bir mənfi təsiri gözlənilmir:

"Əksinə süni intellekt əmək məhsuldarlığının artmasına, verilən qərarların keyfiyyətinin yaxşılaşdırılmasına və informasiyanın yayılma sürətinin artmasına müsbət təsir edəcək. Hətta bu yaxınlarda səhiyyə sahəsində süni intellektin tətbiqi ilə bağlı startup layihəsi başladıldı. Belə ki, layihə çərçivəsində xəstəliklərin müalicəsinin süni intellekt vasitəsilə tapılması nəzərdə tutulub. Bu fonda süni intellektin inkişafı insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına təkan verəcək".

Xalid Kazımlı: Süni intellektin inkişafı və tətbiqi vacibdir

Süni intellektin iqtisadi təsirlərini də şərh edən X.Kərimlinin fikrincə, süni intellekt iqtisadi inkişafa təkan verir.

"İnkişaf etmiş ölkələr texnologiyanı daha geniş tətbiq edirlər. İnkişaf etməkdə olan ölkələrdə isə bu tətbiqin istifadəsi zəifdir. Ona görə də süni intellekt məsələsində inkişaf etmiş ölkələrin iqtisadiyyatı daha çox öndə olacaq. Lakin bu o demək deyil ki, inkişaf etmiş ölkələr süni intellektdən imtina etməlidir. Süni intellektin inkişafı və tətbiqi vacibdir. Bu baxımdan inkişaf etməkdə olan ölkələr iqtisadi siyasətlərini bu istiqamət üzrə planlamalıdır. Süni intellektin tətbiqi rəqabətdir. Kim qabağa düşərsə, o da qalib olacaq", - deyə Xalid Kazımlı qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Yanvar 2025