• Bakı 10° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Növbəti köç karvanı Suqovuşan kəndinə çatıb - YENİLƏNİB

CƏMİYYƏT

09 Aprel 2025 | 13:20

Növbəti köç karvanı Suqovuşan kəndinə çatıb - YENİLƏNİB

Suqovuşan kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. 

Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köç ediblər. Artıq doğma kəndinə köçən ailələrin sayı 180-ə çatdırılıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 40 minə yaxın insan yaşayır.

***

12:24

Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, kənd üzrə ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 

Qeyd edək ki,  artıq Suqovuşana köçün 4-cü mərhələsi həyata keçirilib. Bu mərhələ də daxil olmaqla, Suqovuşana 180 ailənin köçürülməsi tam yekunlaşıb. 

***

11:56

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə kəndə 54 ailə (179 nəfər) köçürülür.

Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində kəndə 20 ailə köçürülüb. Bu, kəndə köçün 4-cü mərhələsidir. İlk olaraq 20 ailənin köçdüyü Suqovuşan kəndinə aprelin 5-də 53, aprelin 7-də 53, aprelin 9-da isə 54 ailə köçürülür. Bununla da Suqovuşana köçürülən ailələrin sayı 180-ə çatdırılıb.


SON XƏBƏRLƏR