• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Suriya Prezidenti ölkəsinin müharibəyə hazır olduğunu bəyan edib

DÜNYA

17 Iyul 2025 | 09:49 | Müəllif: Əli Hüseynov

Suriya Prezidenti ölkəsinin müharibəyə hazır olduğunu bəyan edib

Suriya keçid dövrünün Prezidenti Əhməd əş-Şəraa İsrailin hücumları fonunda ölkəsinin müharibədən qorxmadığını və öz ləyaqəti uğrunda döyüşməyə hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu, İsrailin Suriya ərazilərinə, o cümlədən Dəməşqə bombardmanlarına başlamasından sonra Suriya liderinin ilk bəyanatıdır.

"Biz bütün həyatımız boyu çağırışlarla mübarizə aparırıq və xalqımızı müdafiə edirik. Ancaq biz suriyalıların maraqlarını xaos və dağıntıdan üstün tutduq. Suriya xalqı müharibədən qorxmur və əgər onun ləyaqətinə təhdid yaranarsa, mübarizə aparmağa hazırdır", - əş-Şəraa bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026