• Bakı 12° C

    1.05 m/s

Şuşada "ASAN xidmət" açılacaq

CƏMİYYƏT

26 Fevral 2023 | 13:41 | Müəllif: Subhan Mahmudov

Şuşada "ASAN xidmət" açılacaq

"Yaxın vaxtlarda Şuşada "ASAN xidmət"in açılması planlaşdırılır".

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. 

O bildirib ki, ilk əvvəl ASAN xidmət Şuşada fəaliyyətə  başlayacaq:

"Hazırda Şuşada inşa edilən ASAN xidmət mərkəzi tamamlanmaq üzrədir. Ümumiyyətlə, azad olunan ərazilərə böyük qayıdış davam edir. Dövlətimiz öz gücü hesabına orada şəhər və kəndərimizi sıfırdan qurur. Əhalinin köçü baş verdiyi ərəfədə də ASAN xidmət mərkəzləri fəaliyyətə başlayacaq. Qısa müddətdə Şuşada ASAN xidmət mərkəzi açılacaq. Ondan sonra isə digər rayonlarımızda fəaliyyətə başlayacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026