Xəbər verdiyimiz kimi, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsaəsn Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Qeyd edək kii, bu təyinatadək M.Məmmədov iqtisadiyyat nazirinin müşaviri vəzifəsini tutub.
O, daha əvvəl də bir sıra yüksək vəzifələrdə çalışıb.
Belə ki, Məsim Məmmədov Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi də fəaliyyət göstərib.
















