• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Milli Məclisin Mədəniyyət Komitəsindən İntiqam Yaşara TƏBRİK

CƏMİYYƏT

29 Noyabr 2023 | 19:26

Milli Məclisin Mədəniyyət Komitəsindən İntiqam Yaşara TƏBRİK

Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr əvəzi Fazil Mustafa Dünya Gənc Türk Yazarlar Birliyinə 25 illik yubiley münasibətilə təbrik ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

Sayğılı İntiqam bəy,

Azərbaycanın türk ölkə və topluluqları ilə ədəbi-mədəni əlaqlərinin inkişafında  öz dəsti-xətti ilə seçilən Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) 25 illik yubileyini qeyd edir. Bu münasibətlə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi adından sizi, sizin timsalınızda birliyin seçkili orqanlarını və bütün üzvlərini qutlayır, ən xoş diləklərimizi çatdırıram.

DGTYB Türk dünyası ədəbi gəncliyinin bir-biri ilə yaxından əlaqələr qurmasında, Azərbaycan ədəbiyyatının tanıdılmasında önəmli bir platformadır. Mədəniyyət Komitəsi ilə sıx əməkdaşlıq edən yubilyar birlik, ədəbi fəaliyyəti ilə yanaşı Azərbaycan həqiqətlərinin ölkə sınırlarından qıraqda təbliği, tərənnümü yönündə də önəmli işlər görüb. Türk dünyasının qələm adamlarının Azərbaycan üçün taleyüklü hadisələrə gərəkli münasibət bildirməsi yönündə Birliyin  koordinatorluğu da təqdirəlayiqdir. Sıralarını getdikcə daha da  genişləndirən birliyiniz Azərbayacana yeni dostlar qazandırmaqda davam edir. DGTYB-nin öz uğurları ilə toplumumuza, ədəbiyyatımza, ümumən mədəniyyətimizə bundan sonra da töhfələr verəcəyinə, yararlı olacağına inanırıq. 

DGTYB-ni əlamətdar 25 illik yubileyi münasibətilə bir daha təbrik edir, birliyin bütün mənsublarına möhkəm cansağlığı, yaradıcı və ictimai fəaliyyətdə yeni uğurları diləyirik!

Sayğılarla,
Komitə sədri əvəzi: Fazil MUSTAFA


SON XƏBƏRLƏR

26 Iyul 2024