• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tacikistanda təxribat törətmək istəyən terrorçular məhv edildi

DÜNYA

26 Aprel 2023 | 18:15 | Müəllif: Subhan Mahmudov

Tacikistanda təxribat törətmək istəyən terrorçular məhv edildi

Tacikistanın Əfqanıstanla dövlət sərhədini qanunsuz keçməyə cəhd edən beynəlxalq terror təşkilatının üzvləri məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, beynəlxalq terror təşkilatının iki üzvü terror aktı törətmək məqsədi ilə Tacikistan Respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayəti ərazisində Əfqanıstan ərazisindən dövlət sərhədini qanunsuz keçib.

"Hər iki terrorçu Tacikistanın hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib, terrorçuların və onların havadarlarının pis niyyətli planının qarşısı alınıb", - XİN açıqlayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026