Serbiya ordusu Kosovonun inzibati sərhədinə yaxınlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Serbiya Baş nazirinin müavini və müdafiə naziri Miloş Vuçeviç təsdiqləyib.
Buna səbəb kimi bu gün səhərdən etibarən Kosovonun şimalında xüsusi təyinatlılarla serblər arasında toqquşmanın baş verməsi və vəziyyətin gərginləşməsi göstərilib.
















