• Bakı 15° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Tahir Budaqov daha iki rəisi işdən çıxardı

CƏMİYYƏT

28 Yanvar 2025 | 10:05

Tahir Budaqov daha iki rəisi işdən çıxardı

Dövlət Statistika komitəsində kadr islahatları davam edir.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, daha iki rayon Statistika idarəsinin rəisi vəzifədən azad olunublar.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun imzaladığı əmrlə İmişli Rayon Statistika İdarəsinin rəisi Novruz Hüseynov tutduğu vəzifədən azad edilib.

Bu vəzifənin icra olunması müvəqqəti olaraq İmişli Rayon Statistika İdarəsinin rəis müavini Yaşar Hüseynova həvalə edilib.

Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov da tutduğu vəzifədən azad edilib.

Bu vəzifənin icrası müvəqqəti olaraq İradə Bağırovaya həvalə olunub.

Murad Məmmədli


SON XƏBƏRLƏR

18 Aprel 2025