• Bakı 22° C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Bakı küçələri qardan təmizlənir - FOTO

CƏMİYYƏT

27 Fevral 2025 | 08:57

Bakı küçələri qardan təmizlənir - FOTO

Fevralın 19-dan etibarən Bakı şəhərinə intensiv qar yağması ilə əlaqədar Bakı şəhəri və paytaxt rayonlarının icra hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdirir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, fevralın 26-sı gecə saatlarından yağan qarın daha da güclənməsi ilə əlaqədar operativ tədbirlər görülməkdədir. Bununla bağlı gecədən xidmətlərin xüsusi təyinatlı texnikası maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpib və bu işlər gün ərzində davam etdirilir. Qardan təmizləmə işləri ətraf qəsəbə yollarında da aparılır.

Gün ərzində kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davam etdirirlər.


SON XƏBƏRLƏR

01 Iyun 2025