• Bakı 15° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

"Zəngilan şəhərciyi"nin sakinləri öz pulları ilə yolu təmir edirlər - İDDİA

CƏMİYYƏT

29 Mart 2025 | 00:20

Zəngilan şəhərciyinin sakinləri öz pulları ilə yolu təmir edirlər - İDDİA

Abşeron rayonu, Masazır qəsəbəsi, "Zəngilan şəhərciyi"nə gedən yol bərbad vəziyyətdədir.

Bakıvaxtı.az Baku.TV-ə istinadla xəbər verir ki, sakinlər illərdir ki, bu problemdən əziyyət çəkdiklərini deyirlər.

Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həll olunmayıb.

"Yol kələ-kötürdür, maşınlarımız dağılır. Uşaqları məktəbə aparanda, işə gedib-gələrkən çox əziyyət çəkirik", - narazı sakinlərdən biri deyib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Abşeron RİH və Masazır bələdiyyəsi tərəfindən qeyd olunan ərazidə mütəmadi olaraq cari təmir işləri aparılıb:

"Sözügedən küçənin əsaslı təmirə ehtiyacı var. Bununla bağlı aidiyyəti qurumlara müraciət olunub. Eyni zamanda Masazır bələdiyyəsinin tədbirlər planına daxil edilib. Yağışlı havalar bitdikdən sonra cari təmir işlərinə başlanılacaq".

Ətraflı süjetdə:


SON XƏBƏRLƏR

30 Mart 2025