• Bakı 15° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Təzyiqi dərmansız necə normallaşdırmaq olar? - MƏSLƏHƏTLƏR

CƏMİYYƏT

29 Mart 2025 | 00:40

Təzyiqi dərmansız necə normallaşdırmaq olar? - MƏSLƏHƏTLƏR

Yüksək qan təzyiqi milyonlarla insanın sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bakıvaxtı.az xəbər verir ki, həkimlər bildirirlər ki, dərmanlardan əlavə, həyat tərzi dəyişiklikləri də təzyiqi normallaşdırmaq üçün vacibdir.

İlk növbədə, duz istehlakını azaltmaq lazımdır. Çünki duz bədəndə suyun tutulmasına səbəb olaraq damarların yükünü artırır və bu da təzyiqin yüksəlməsinə gətirib çıxarır. Bunun əvəzinə, kaliumla zəngin qidalar – banan, ispanaq, kartof və paxlalılar qəbul edilməlidir.

Mütəxəssislər qeyd edir ki, gündəlik fiziki aktivlik qan dövranını yaxşılaşdırır və damar divarlarının elastikliyini artırır. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə idmanla məşğul olmaq tövsiyə edilir. Məsələn, gəzinti, üzgüçülük və ya velosiped sürmək təzyiqin tənzimlənməsinə kömək edə bilər.

Stress də hipertoniya riskini artıran əsas amillərdən biridir. Bu səbəbdən meditasiya, nəfəs məşqləri və rahatladıcı hobbilərlə məşğul olmaq tövsiyə edilir.

Həkimlər həmçinin siqaret və alkoqolun təzyiqi yüksəltdiyini bildirir və bu vərdişlərdən uzaq durmağı məsləhət görürlər. Sağlam qidalanma da mühüm rol oynayır. Tərəvəzlər, tam taxıllar, yağsız zülallar və Omeqa-3 ilə zəngin qidalar damar sağlamlığını qoruyur və təzyiqin sabit qalmasına kömək edir. Xüsusilə çuğundur suyu, yaşıl çay və sarımsaq qan təzyiqini təbii yollarla aşağı salmağa kömək edə bilər.

Mütəxəssislər bildirirlər ki, bu üsullar mütəmadi tətbiq olunduqda, bir çox insanda təzyiq dərmansız normallaşa bilər. Lakin ciddi hipertoniya problemi olan şəxslərin mütləq həkim nəzarətində olması və müalicə prosesini laqeyd yanaşmaması vacibdir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

30 Mart 2025