• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Taksilərlə bağlı YENİ QƏRAR: Nə dəyişəcək, necə dəyişəcək? - RƏYLƏR

CƏMİYYƏT

09 Avqust 2023 | 13:57 | Müəllif: Qalib İbrahimoğlu

Taksilərlə bağlı YENİ QƏRAR: Nə dəyişəcək, necə dəyişəcək? - RƏYLƏR

Xəbər verdiyimiz kimi, taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər müəyyənləşib.

Bakıvaxtı.az xatırladır ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Sözügedən məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, hal-hazırda görülən işlər məhz həm sağlamlaşdırma, həm də taksi fəaliyyətinin keyfiyyətini artırmaq, mövcud olan narazılıqları aradan qaldırmaq üçün həyata keçiriləcək. Onun sözlərinə görə, pandemiya zamanında daha çox qeyri-qanunu sərnişin daşınma ilə məşğul olanların sayının artdığını müşahidə etdik”: “Pandemiyanın da buna “qatqısı” oldu. 30% sərnişin ictimai nəqliyyatdan fərdi nəqliyyata yönəldi və bu da taksi fəaliyyəti ilə məşğul olanların sayının artmasına gətirib çıxardı".

"Ancaq bununla yanaşı diqqət etməliyik ki, taksi qiyməti yüksək olanda bir qisim insan avtobus nəqliyyat vasitəsinə yönəldiyi kimi bir qismi də mikromobillik vasitələrinə yönələcək. Məsələn, velosiped, skuter istifadə edəcək",-deyə ekspert bildirib.

Onun fikrincə, həmçinin daha bir önəmli məqam odur ki, kütləvi avtomobilləşmə insanlar arasında narazılıqların artması kimi problemlərə gətirib çıxarır: "Lakin sərnişinləri fərqli və daha çox sərnişin daşıyan nəqliyyat növlərinə yönləndirə bilsək, bu zaman hər kəs mənzil başına rahatlıqla çatar. Həm avtobus, həm digər nəqliyyat vasitələrindən istifadə etməklə yol kənarında toplaşan taksi tıxacının qarşısını almış olarıq. Bu kimi tədbirləri həyata keçirməkdə əsas məqsəd odur ki, insanların mobilliyi təmin olunsun, tıxacların qarşısı alınsın. Və daha keyfiyyəti taksilər insanların istifadəsinə verilsin. Beləliklə də ümumi şəhərin yaşayış keyfiyyəti artmış olacaq".

Müsahibimiz onu da qeyd edib ki, ictimai nəqliyyatın küçə yol şəbəkəsində üstünlüyünü təmin edən avtobus zolağı şəbəkəsi ayrılmalı və sərt nəzarəti təmin edilməlidir: "Avtobus zolağına girmənin cəriməsi 40 manatdan daha yüksəldilməlidir. Həmçinin səkilərin vəziyyəti təftiş edilib sağlamlaşdırılmalıdır. Səkilərdə zəbtlərin qarşısı alınmalı, cərimə 20 manatdan daha yüksək olmalıdır. Piyadaların hərəkətin məhdudlaşdırmanın cəzası ağır olmalıdır".

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə Bakıvaxtı.az-a daha çox vətəndaşları taksi xidmətlərində insanları narahat edən məqamlardan söz açıb. Qeyd edib ki, bu gün taksi mövzusunda insanları narahat edən 2 əsas məqam var. “Onlardan birincisi keyfiyyətsiz xidmətdir, ikincisi isə təhlükəli xidmət”.

Müsahibimiz ümid edir ki, bu qanunlar icra olunandan sonra hər iki istiqamətdə işlər aparılacaq və taksi sahəsində xüsusi qayda-qanun yaranacaq.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026