“8-11 sentaybr aralığında baş verəcək dəyişikliklərə hazır olun, maddi fürsətləri əldən verməyin”,
Bakıvaxtı.az xəbər verir ki, bu xəbərdarlğı məşhur astroloq Dinçər Gülər edib.
Onun sözlərinə görə, Günəş və Yupiter arasındakı üçbucaq yaranacaq. Bu, artan həvəs və nikbinlik deməkdir. Astroloq insanları bir neçə gündə özünə mükafat verməyə, vaxt ayırmağa çağırıb: “Bir misal verim, qəza baş verir, amma burnunuzdan qan belə axmadan sağ qalırsınız. Bu, şansla əlaqələndirilir, bu gündən etibarən də şans sizinlə olacaq. Çox şən, oynaq olacaqsınız. Fürsətlərin bol olduğu proses başlayır”.
Dinçər əlavə edib ki, yeni bir şey öyrənmək vaxtıdır. Bu həftə yeni təhsilə başlamaq və ya təlimləri araşdırmaq üçün çox münasibdir. Münasibətləriniz heç bir problem olmadan həll oluna bilər: "Münasibətlərə, layihəyə və ya biznesə başlamaq üçün çox məhsuldar vaxtdır. Bu dönəm sizə böyük uğurlar və imkanlar vəd verir. İş,özəl və maliyyə baxımından həyatınıza imkanlar və şanslar gələ bilər. Yolunuza çıxan fürsətləri rədd etməyin. İşinizdə və ya şəxsi məqsədlərinizdə daha çox uğur əldə etmək ehtimalınız arta bilər. Bu fürsətlərdən yararlanmaq üçün enerjiniz olacaq. Daha çox insanla tanış ola bilərsiniz, yeni dostluqlar qura və ya mövcud olanları münasibətlərinizi gücləndirə bilərsiniz."
Astroloq sonda qeyd edib ki, Günəş (Qız) Yupiter (Buğa) bürcündədir. Xüsusilə, Buğa, qız və oğlaq bürcü nümayəndələri bu fürsətdən faydalana bilərlər.
Xəyalə Rza
















