• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Fırtınalı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

07 Oktyabr 2023 | 19:01

Fırtınalı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji  Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumata əsasən, oktyabrın 8-i günün ikinci yarısında Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin 10-u səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır. Həmin günlər ərzində Xəzər Dəniz Akvatoriyasında müşahidə ediləcək cənub-qərb küləyi sonrakı günlərdə şimal-qərb küləyi ilə əvəz olunacaq.  

Açıq dənizdə küləyin surəti arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2.0-4.0 m., sonrakı inkişafda isə 4.5-6.5 m.çatacağı proqnozlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026