• Bakı 12° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağstafada qəzaya düşənlər evə buraxıldılar

CƏMİYYƏT

07 Oktyabr 2023 | 22:56

Ağstafada qəzaya düşənlər evə buraxıldılar

Ağstafada mikroavtobus və yük maşınlarının toqquşması nəticəsində xəsarət alanlar evə buraxılıblar.

Bakıvaxtı.az xəbər verir ki, Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən, 1982-ci il təvəllüdlü Həcər İsmayılov, 1971-ci il təvəllüdlü Şərifə Qasımova, 1988-ci il təvəllüdlü Təranə Tomtiyeva, 1981-ci il təvəllüdlü Afət Məmmədova və 2005-ci il təvəllüdlü Nərminə Məmmədova göstərilən tibbi yardımlardan sonra evə buraxılıblar.

Qeyd edək ki, hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində, mikroavtobusla yük maşınının toqquşması nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR