• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşdü

CƏMİYYƏT

25 Fevral 2023 | 12:26

Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşdü

Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta şirkətlərinin rəhbərləri ilə son qlobal iqtisadi meyillərin maliyyə sektoruna təsirləri müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, görüşdə son makroiqtisadi meyillər və proqnozlara dair təqdimat keçirilib. Təqdimat zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya, faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, valyuta bazarı, eyni zamanda son qlobal iqtisadi meyillərin maliyyə sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edilib. Bundan əlavə, görüşdə sektorun inkişaf məsələləri, qarşıda duran başlıca strateji vəzifələr, həmçinin sığorta sahəsində istehlakçıların hüquqlarının qorunması vəziyyəti, onun gücləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026