• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ölkəmizdə koronavirusa yoluxanların sayını artıra bilər? - CAVAB

CƏMİYYƏT

27 Mart 2023 | 11:58

Ölkəmizdə koronavirusa yoluxanların sayını artıra bilər? - CAVAB

Novruz bayramında müxtəlif şənliklərin keçirilməsi, bölgələrə gediş-gəliş halları çoxalmışdı. Bütün bunlar ölkəmizdə koronavirusa yoluxanların sayını artıra bilər?

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib ki, Azərbaycanda COVİD-19 infeksiyası sönməyə doğru gedir.

"Ölkəmizdə virusa yoluxub sağalanları və virusa qarşı peyvəndləməni nəzərə alsaq bölgələrə gediş-gəliş virusa yoluxanların sayını artırmayacaq.

Rayonlara gediş-gəlişdən başqa da virusa yoluxmanı artıracaq ticarət mərkəzləri, kafelər, restoranlar, məktəblər, universitetlər və bu kimi bir çox məkanlar mövcuddur. Bütün bunlara baxmayaraq ölkəmizdə koronavirusa yoluxma sayı çox azdır. Ümumiyyətlə ölkəmizdə COVİD 19 infeksiyası ilə bağlı vəziyyət stabildir. Xarici ölkələri də götürsək pandemiyada artım qeydə alınmır", - deyə V. Əliyev əlavə edib.

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 829 398 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 104 nəfər müalicə olunaraq sağalıb, 10 166 nəfər vəfat edib, aktiv xəstə sayı 128 nəfərdir.Ölkədə son sutka ərzində 910, hazırkı dövrədək isə 7 553 009 test aparılıb. /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026