• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

148 nəfər xəstəxanadan təxliyə edildi

CƏMİYYƏT

26 Aprel 2023 | 11:54

148 nəfər xəstəxanadan təxliyə edildi

“Gəncədə xəstəxanada baş vermiş yanğın zamanı 148 nəfər təxliyə olunub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğın Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovniki Fuad Hüseynov deyib.

O bildirib ki, Gəncə Şəhər Abbas Səhəd adına 1 saylı Xəstəxanada qeydə alınmış yanğın yerinə, 5 yanğınsöndürən avtomobil, 50 nəfər şəxsi heyət və regional idarənin xüsusi riskli xilasediciləri cəlb edilib:

“Hadisə yerində çatanda məlum oldu ki, xəstəxananın zirzəmisində yerləşən 3 ədəd elektrik şitində yanğın baş verib və tüstülənmə olub. Tüstülənmə xəstəxana binasının 5 mərtəbəsinə də yayılıb. Dərhal yanğın tərəfimizdən söndürülüb və 58 nəfər xəstə və 90 nəfər xəstəxananın çalışanı təxliyə edilib. Hadisə nəticəsində 1 nəfər xəstə dünyasını dəyişib. Hadisənin səbəbləri araşdırılır”.

Qeyd edək ki, Gəncə Şəhər Abbas Səhəd adına 1 saylı Xəstəxanadan təxliyə olunan xəstələr şəhər ərazisində yerləşən digər xəstəxanalara köçürülüb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026