“Ulu öndər torpağı kəndliyə bağışlayan yeganə siyasi liderdir. Aqrar sahədə atılan bu addım post-sovet ölkələrində Azərbaycan modelini yaratdı”.
Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyevin 100 illiyi münasibətilə media nümayəndələri üçün “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda keçirilən seminarda İqtisadiyyat Nazirliyinin əməkdaşı Fəridə Əhmədova bildirib.
O qeyd edib ki, H.Əliyev ölkədə sabitliyə nail olan kimi iqtisadi islahatlara start verdi: “Təzyiqlərə baxmayaraq neft sanayesinin inkişafı və sahibkarlığı inkişafı istiqamətində mühim addımlar atıldı.
Milli sahibkarlıq sinfinin inkişaf etdirilməsi regionların da inkişafına müsbət təsir edir. Bu gün artıq Bakı ilə yanaşı regionlarda beynəlxalq tədbirlər keçirilir.
Ulu öndərin uzaqgörən fəaliyyəti nəticəsində ölkəmizin geosiyasi mövqeyi möhkəmlənib, Azərbaycan transmilli layihələrin iştirakçısına və nəqliyyat qovşağına çevrilib.
İqtisadi inkişafla bağlı dövlət proqramları və planlar hazırlanıb və yol xəritəsi icra olunmaqdadır”.
F.Əhmədova bildirib ki, ölkəmizin inkişaf tempi bəzi dövlətlər tərəfindən araşdırılır və öyrənilir.
Ramid İbrahimov








jpg-1687674200.webp)







