• Bakı 21° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Gecə qanunsuz torpaq, qum daşımağa cəhd edildi - FOTOLAR

CƏMİYYƏT

25 Iyun 2023 | 09:38

Gecə qanunsuz torpaq, qum daşımağa cəhd edildi - FOTOLAR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Sabunçu, Xəzər və Binəqədi rayonları ərazisində gecə saatlarında torpaq, qum və qarışıq süxur daşıyan nəqliyyat vasitələri müəyyən olunub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayonu ərazisində “Ford” markalı 50-EG-722, Maştağa körpüsü yaxınlığında “HOWO”markalı 01-CE-885, “MAN” markalı 77-HZ-513, 77-HZ-421, 77-HZ-573, Zabrat qəsəbəsində “Kamaz” markalı 01-BE-465, “Ford” markalı 99-ZN-832, “Shagman” markalı 99-SF-995, “Mercedes” markalı 99-XB-788, Nardaran qəsəbəsi ərazisində “Kamaz” markalı 50-BS-205, 77-BO-431, 90-ET-153, 90-HM-153, Binəqədi rayonu ərazisində “Kamaz” markalı 10-BY-326, 90-CO-715, 60-BH-864, 77-BO-431, Xəzər rayonu ərazisində “HOWO” markalı 90-UG-673, “Kamaz” markalı 56-BX-416, 56-BD-562, “MAZ” markalı 56-BA-973 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə torpaq, qum və qarışıq süxur daşınması faktları məlum olub.

Faktlarla bağlı aktlar tərtib olunub, nəqliyyat vasitələrinin məxsus olduğu şəxslərin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub. Daha sonra qanun pozucularının inzibati məsuliyyətə cəlb olunması üçün qanunamüvafiq tədbirlər görüləcək.


Gecə qanunsuz torpaq, qum daşımağa cəhd edildi - FOTOLARGecə qanunsuz torpaq, qum daşımağa cəhd edildi - FOTOLARGecə qanunsuz torpaq, qum daşımağa cəhd edildi - FOTOLARGecə qanunsuz torpaq, qum daşımağa cəhd edildi - FOTOLARGecə qanunsuz torpaq, qum daşımağa cəhd edildi - FOTOLARGecə qanunsuz torpaq, qum daşımağa cəhd edildi - FOTOLARGecə qanunsuz torpaq, qum daşımağa cəhd edildi - FOTOLARGecə qanunsuz torpaq, qum daşımağa cəhd edildi - FOTOLARGecə qanunsuz torpaq, qum daşımağa cəhd edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026