Sükutun səsini eşidə bilərikmi?
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ filosof və psixoloqlarından ibarət komanda uzun müddət davam edən mübahisəyə cavab tapıblar.
Tematik araşdırmada Johns Hopkins Universitetinin tədqiqatçıları yeni məqalələrində insanların səssizliyi eşidə biləcəyini iddia ediblər.
"Biz tez-tez eşitmə qabiliyyətimizin səslərlə əlaqəli olduğunu düşünürük" deyən "PNAS" elmi jurnalında dərc olunan məqalənin aparıcı müəllifi Rui Zhe bildirib ki, amma səssizlik səs deyil, səsin olmamasıdır.
Araşdırmada tədqiqatçılar məşhur səs illüziyasına diqqət yetiriblər. Bu illüziyada dinləyiciyə iki fərqli səs çalınır və dinləyici hansının daha qısa olduğunu anlamağa çalışır. Bununla belə, iki səsin uzunluğu eynidir.
Təcrübə zamanı bəzi səslər tam sükutla əvəz olunub və illüziya hələ də işləyir. Tək davamlı sükut çalınsa da, iştirakçılar eşitdikləri səslər kimi iki ayrı sükut eşitdiklərini və bir sükutun səsinin digərindən daha qısa sürdüyünü bildiriblər.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, biz əslində sükutu eşidə bilirik, çünki təcrübədə olan insanlar həm eşitdikləri səsə, həm də səssizliyə eyni reaksiya veririblər.
Qeyd edək ki, təcrübədə ümumilikdə 1000 nəfər iştirak edib.
Ay Tac
















