• Bakı 9° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Sabah bu ərazilərdə qaz KƏSİLƏCƏK

CƏMİYYƏT

23 Avqust 2023 | 18:25 | Müəllif: Subhan Mahmudov

Sabah bu ərazilərdə qaz KƏSİLƏCƏK

Sabah Bakının Xəzər rayonunun bəzi yaşayış massivlərində, həmçinin Göyçay rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-də saat 09:00-dan “Pirallahı-Qala” qaz ölçü qovşağından qidalanan qaz kəmərində və saat 10:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən "Göyçay 2" ölçü qovşağından qidalanan qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Xəzər rayonunun Dübəndi Südçülük və Zirə Südçülük sovxozlarının, Qala kəndinin, Xaşa-Xuna, Laçın və Kəlbəcər sakinlərinin məskunlaşdığı yaşayış massivlərinin, həmçinin Göyçay rayon mərkəzinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR