• Bakı 12° C

    8.34 m/s

  • USD - 1.7

    EUR - 1.8331

    RUB - 0.0184

Pendir yeməyin bu faydası da varmış

CƏMİYYƏT

22 Sentyabr 2023 | 16:49

Pendir yeməyin bu faydası da varmış

Pendirin yeni bir faydası kəşf edilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiyada aparılan yeni bir araşdırmada bildirilir.

Məlumata görə, təxminən, 2 min insanın iştirak etdiyi araşdırmada müntəzəm pendir istehlakının beyinə müsbət təsir göstərdiyi sübuta yetirilib.

Yaşı 65-dən yuxarı olan 1500-dən çox insanın müayinə olunduğu araşdırma müntəzəm olaraq pendir yeyənlərin koqnitiv testlərdə daha yaxşı nəticə əldə etdiyini ortaya çıxarıb. Nəticələr göstərdi ki, süd məhsulları istehlak edənlərdə demans riski daha azdır.

Elm adamları pendirin tərkibində beyin funksiyalarını gücləndirən bəzi qida maddələri ola biləcəyini, lakin nəticələri təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirib.

İdeal çəki saxlamaq və spirt istehlakında limitləri aşmamaq demans riskini azaldan faktorlar arasındadır, lakin yapon mütəxəssislər müntəzəm pendir istehlakının da demans riskini azalda biləcəyini açıqlayıblar.

Obudakı Milli Geriatriya və Gerontologiya Mərkəzində çalışan tədqiqatçılar soya, tərəvəz, dəniz yosunu, süd və süd məhsullarının yüksək qəbulunun demans riskini azaltdığını iddia edib. Beyin sağlamlığı ilə süd məhsulları arasındakı əlaqəni araşdıran komanda 65 yaşdan yuxarı iştirakçılardan alınan analizləri təhlil edib.

İştirakçıların yemək rasionuna müxtəlif pendirlər daxil edilib. Könüllülər oriyentasiya, diqqət, yaddaş, dil və vizual-məkan bacarıqlarının yoxlanılması daxil olmaqla, bilişsel funksiyalarını yoxlamaq üçün 30 ballıq imtahan keçiriblər. 23 və ya daha aşağı bal idrak funksiyasının zəif olduğunu bildirir.

Nutrients jurnalında dərc edilən nəticələr qida rasionlarına pendir əlavə edən iştirakçıların aşağı bal toplama ehtimalının daha az olduğunu göstərdi; Bu, onların koqnitiv funksiyalarının daha yaxşı olduğunu göstərir.

Bundan əlavə, pendir yeyənlərin bədən kütlə indeksi və qan təzyiqi bir qədər aşağı, yerimə sürəti isə daha yüksək olub.

Ay Tac


SON XƏBƏRLƏR

08 Dekabr 2023