"İnternetdə və sosial mediada vəziyyət ürəkaçan deyil. Məhdudiyyətlərə bağlı demək olar ki, bütün “Apple” servisləri dayanıb. “Android” istifadəçiləri isə kənar metodlarla VPN yükləməsinə başlayıb və kanalları açıblar"
Bakıvaxtı.az xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas deyib.
Texnobloqer bildirib ki, “TikTok”da hazırda yarım milyon izlənən yeni paylaşılmış videolar var. Bu ən az bu qədər istifadəçi deməkdir. 3 il keçib amma nəyisə dəyişə bilməmişik: "Dövlətin 2 seçimi qalıb. Ya ümumi interneti dayandırıb, informasiya blokadası qurmaq - ki, bunun böyük iqtisadi zərərləri olacaq.
Ya da:
- Orduda smartfon istifadəsi ilə bağlı sərt qərarlar;
- “TikTok” ilə birbaşa əlaqəsi olan kommisiya yaratmaq və məzmuna nəzarət moderatorları;
- Polis və güc stukturlarının müdaxiləsi və ağır cərimələr;
Görünən odur ki, maarifləndirmə kifayət etmir. Maarifləndirmə işə yaramır".
Aytac Aslan