• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Məktəblərdə kibertəhlükəsizliyin tədrisi təklif olunur

CƏMİYYƏT

26 Aprel 2023 | 10:55 | Müəllif: Qalib İbrahimoğlu

Məktəblərdə kibertəhlükəsizliyin tədrisi təklif olunur

"Bütün təhsil pillələrində kibertəhlükəsizlik tədris olunmalıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin Avropa Birliyi və Avropa Şurası ilə birgə tədqiqat layihəsinin nəticələrinin təqdimatı ilə bağlı konfransda çıxışı zamanı Azərbaycan Respublikası Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov bildirib.

Onun sözlərinə görə, kibertəhlükəsizlik problemi kompleks tədbirdir və dövlət qurumları səlahiyyətləri çərçivəsində bu problemə məşğul olur: "Problemin əsas faktoru insanlarla bağlıdır. Yəni insanlar bu sahədə maarifləndirilməlidir".

F.Əhmədov bildirib ki, ötən il kibercinayət dünya ticarətinə 8 trilyon dollar zərər vurub.

"Artıq rəqəmsalaşma bizim gündəlik həyatımıza siraət edib və bu, fiziki gigiyena halını alıb. Artıq bütün yaş təbəqələri kibergigiyena ilə tanış olmalıdır. Bu, təhsil sisteminin bütün pillələrində özünü əks etdirməlidir Universitetlərdə ixtisasdan asılı olmayaraq kibertəhlükəsizlik tədris olunmalıdır. Biz özəl sektorun bu sahədə mütəxəsislər formalaşdırmağını önəmsəyirik. Bu amil sözügedən sahədə mütəxəssis çatışmazlığının qarşısını ala bilər", - deyə Fərid Əhmədov bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026