Mayın 25-i saat 19 radələrindən başlayaraq Daşkəsən rayonu ərazisinə güclü leysan yağışları yağıb.
Bakıvaxtı.az xəbər verir ki, leysan yağışları rayon mərkəzi də daxil olmaqla ayrı-ayrı kəndlərdə bəzi elektrik transformatorlarına və dirəklərinə, qaz xətlərinə, fərdi yaşayış evlərinin dam örtüklərinə, əkin sahələrinə, meyvə bağlarına zərər vurub, yollarda sel sularının gətirdiyi palçıq kütlələri və qaya daşları nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən axşam saatlarından başlayaraq dərhal daxili imkanlar hesabına qabaqlayıcı tədbirlər görülüb, yerli idarə və xidmət sahələrinə tapşırıqlar verilib. /APA