Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.
Bu barədə Bakıvaxtı.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Məlumata görə, hazırda Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində və Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
















