• Bakı 19° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Şahnaz Haşımovanın səhhəti necədir?

CƏMİYYƏT

24 Iyul 2023 | 18:51 | Müəllif: Subhan Mahmudov

Şahnaz Haşımovanın səhhəti necədir?

Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az bildirir ki, sənətkarın sağlamlıq vəziyyətinin hazırda necə olması haqda məlumat əldə etmək üçün bizim.media-nın əməkdaşı Şahnaz xanımla əlaqə saxlayıb.

Xalq artistinin nəvəsi bildirib ki, o, hazırda Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirir:

"Şahnaz xanım mütəmadi olaraq həkim nəzarətindədir. Müalicələri davam edir. Səhhəti ilə bağlı ciddi təhlükə yoxdur. İki gün sonra yenidən müayinələrdən keçəcək. Əgər həkim icazə versə o, xəstəxanadan buraxılacaq. Müalicəsini isə Kardioloji Sanatoriyada davam etdirəcək".

Qeyd edək ki, Ş.Haşımova Gəncədə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsindən Bakıya gətirildikdən sonra müalicəsini Gömrük Hospitalında davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026