• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Şamaxıda kafedə nöqsanlar aşkarlandı

CƏMİYYƏT

23 Avqust 2023 | 16:56 | Müəllif: Subhan Mahmudov

Şamaxıda kafedə nöqsanlar aşkarlandı

Şamaxıda fəaliyyət göstərən kafedə bir sıra nöqsanlar aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildiriilib ki, nəzarət tədbirləri çərçivəsində Şamaxı rayonu, Dağ Göylər kəndində fəaliyyət göstərən, fiziki şəxs Səmədov Elnur Səməd oğluna məxsus “Çinar” kafesində Agentlik əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. İctimai iaşə obyektində müvafiq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, döşəmə, tavan, divar səthlərinin, istifadə olunan alət və avadanlıqların çirk qatı ilə örtüldüyü və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026