Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Bayan kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 470 kiloqram olan 2 650 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
















