• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Taliban əfqanlara xaricə səyahət etməyə icazə verəcək

CƏMİYYƏT

30 Avqust 2021 | 17:07

Taliban əfqanlara xaricə səyahət etməyə icazə verəcək

Taliban Əfqanıstanı tərk etmək istəyənlərin ölkədən çıxmasına icazə verəcəklərinə əmin olduqlarını söyləyib.

Bakıvaxtı.az Türkiyə, İngiltərə, ABŞ və Almaniya da daxil olmaqla 100 ölkə əfqanların xaricə səyahətinə dair birgə bəyanat verib.

Açıqlamada bu ölkələrin vətəndaşlarının, onlar üçün işləyən əfqanların və risk altında olanların Əfqanıstan xaricindəki istiqamətlərə sərbəst səyahət etmələrini təmin etməyi qərara aldıqları qeyd edilib.

Birgə mətndə deyilir: "Talibandan, bütün xarici vətəndaşların və ölkələrimizdən səyahət icazəsi olan hər hansı bir Əfqanıstan vətəndaşının təhlükəsiz və nizamlı şəkildə gediş məntəqələrinə getmələrinə və ölkə xaricinə səyahət etmələrinə icazə verəcəyinə dair zəmanət aldıq". Deyilib

AA xəbərinə görə; Təyin olunmuş əfqanlara səyahət sənədlərini verməyə davam edəcəyini vurğulayan bəyanatda Taliban bu insanların imza atan ölkələrə səyahət edə biləcəklərinə söz verdiklərini deyib.

İngiltərə və Avropa Birliyi (AB) ölkələri, Taliban təhlükəsizlik qüvvələrinin ələ keçirdikləri Əfqanıstanda başladıqları təxliyələri, ölkədəki təhlükəsizlik problemləri səbəbindən 16 Avqust tarixindən etibarən sona çatdırdı.

Prezident Əşrəf Qani 15 avqustda ölkəni tərk etdikdən sonra, Talibanın hakim olduğu Əfqanıstanda AB ölkələri Kabul Hava Limanından təxliyə etməyə başladılar və avqustun 31 -də bitməsi planlaşdırılan boşaltma prosesini dayandırmalı olublar.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026