Vaşinqtonda keçirilən Senat iclasında iki general 2500 əsgəri Əfqanıstanda saxlamağı tövsiyə etdiklərini deyiblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat verib.
Generallar Mark Milli və Frank Makkenzinin məsləhətini xatırlamadığını söyləyən Co Baydenin sözləri ilə ziddiyyət təşkil edir.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin sözlərinə görə, Əfqanıstan hökumətinin sürətlə süqutu Vaşinqtonu pis vəziyyətə qoyub.
Hər iki general "Əl-Qaidə"nin Əfqanıstanda hələ də fəaliyyət göstərdiyini və mövqelərini gücləndirə biləcəklərini bildirib. Bu həm də prezidentin bu ekstremist qrupun məğlub olması ilə bağlı iddialarına ziddir.
Vaşinqtondan BBC müxbirinin verdiyi məlumata görə, Senatdakı generalların ifadələri, respublikaçılara Co Baydeni Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı amerikalılara yalan danışmaqda günahlandırmaq üçün yeni əsas verir.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















